Lənkəranda ağır qəza - Yaralılar var + Foto

19 Avqust 2016 17:39 (UTC+04:00)

Hadisə rayonun Vilvan kəndinin ərazisində baş verib.

Belə ki, 33 yaşlı Məmmədov Xəyal Şirqasım oğlu idarə etdiyi BMW markalı avtomobili aşırıb. Hadisəyə yüksək sürət səbəb olub. Maşında olan sərnişinlər yüngül xəsarət alsalar da, sürücü ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin onun ağır kəllə-beyin travması aldığını bildiriblər. Bir nəfərə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az