Avtomobil piyadanı vuraraq öldürdü - Göygöldə

19 Avqust 2016 23:38 (UTC+04:00)

Hadisə Balçılı kəndinə girən yolda qeydə alınıb.

VAZ 2106 markalı avtomobil yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Elbəy Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.


APA.az