Türkiyə Baş Qərargah rəisinin müşaviri tutuldu

20 Avqust 2016 11:03 (UTC+04:00)

O, Fətullahçı terror təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinir.

İyulun 15-də FETÖ-nün dövlət çevirlişinə cəhdindən sonra Dinçer Ural Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri polkovnik Muharrem Köşenin yerinə təyin olunmuşdu.

D.Urala general-mayor rütbəsi verildikdən sonra iyulun 28-dən vəzifəsinin icrasına başlayıb.

Muharrem Köşe isə iyulun 15-dən sonra FETÖ ilə əlaqədə şübhəli bilinərək tutulub.

Report.az