Fazil Mustafa qınaq obyektinə çevrildi: “Bic doğulub, atası da Güləndir”

20 Avqust 2016 11:18 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, millət vəkilinin ona zəng edən jurnalistə verdiyi cavab müzakirələrə səbəb olub. Fazil Mustafanın statusunu olduğu kimi təqdim edirik:

"Bir jurnalist zəng vurub sual verir ki, tərəfdar.az (İran kəşfiyyatı ilə bağlı saytlardan biri) saytı yazır ki, bəs Fazil Mustafa gülənçidir. Buna münasibətiniz. Cavab verdim ki, mən də iddia edirəm ki, tərəfdar.az saytının redaktoru bic doğulub və qanundankənar atası da məhz Fətullah Güləndir. Jurnalist bir də təkrar soruşur ki, siz bu iddianızı sübut edə bilərsinizmi? Deyirəm ki, mən ancaq saytın iddiasına qarşı iddia ilə çıxış etmişəm. Buyurub, onlar iddialarını sübut etsinlər, ardınca mən də iddiamı əsaslandırım. Səs çıxmadı".