Türkiyədə toyda terror - Ölənlərin sayı 50-yə çatdı + Video
21 Avqust 2016 15:40 (UTC+04:00)
Bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.
Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.
Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.
09:47
***
Türkiyənin Qaziantep şəhərində törədilən partlayışda ölənlərin sayı 50 nəfərə çatıb.
Bunu bu gün Qaziantep Valiliyi açıqlayıb.
APA.az