Yevlaxda faciə - Sürdüyü traktorun altında qalaraq öldü

22 Avqust 2016 19:48 (UTC+04:00)

Rayonun Tanrıqulular kənd sakini Cavid Sarıyev "MTZ-80" markalı traktorun idarəetməsini itirib.

Təhlükə hiss edən sürücü canını qurtarmaq üçün yerə tullanıb. Amma elə yerdəcə canını tapşırıb.

C.Sarıyev traktorun təkərinin altında qalıb.

Faktla bağlı araşdırma aparılır.


Region TV