Ukrayna Putin və Medvedevə cinayət işi açır

22 Avqust 2016 20:52 (UTC+04:00)

Bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko "112 Ukrayna" kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu proseslə bağlı artıq iş aparılır.

Y. Lutsenko qeyd edib ki, rəsmi Kiyev Rusiya Müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla 18 yüksək vəzifəli şəxs barəsində axtarış elan edib. Onlar dövlət çevrilişinə və terror təşkilatı yaratmağa cəhddə, həmçinin müharibə təbliğatı və bir sıra digər cinayətlərdə təqsirləndirilirlər.


AzVision.az