Ermənistanda qız özünü təcili yardım maşınından atıb öldü

22 Avqust 2016 23:31 (UTC+04:00)

Faciə avqustun 21-də Kotayk vilayətində qeydə alınıb.

Axşam saat 20 radələrində Çarentsavan polisinə şəhərin tibb mərkəzindən bu hadisə ilə bağlı məlumat daxil olub. Həmin gün təcili yardım maşını çağırışla Yerevan-Sevan şossesinin 31-ci kilometrliyndə "Samand" markalı avtomobilin sürücüsünün özünü pis hiss etməsi səbəbindən gedib. Ancaq xəstəxanaya gedəndə kişi maşında ölüb.
Sonradan müəyyən edilib ki, həmin təcili yardım maşınında ölən kişinin qızı da olub. O, atasının öldüyünü görəndən sonra qapını açaraq özünü avtomobildən atıb. Qız hadisə yerindəcə ölüb.


Modern.az