Müğənni: “Həmkarlarım və mətbuat nümayəndələrdən üzr istəyirəm”

28 Noyabr 2012 07:14 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, müğənni Xəyyam Nisanovun Heydər Əliyev Sarayında 2 gün konsert proqramıyla çıxış edəcək. Əvvəl dekabrın 1-i keçirilməsi nəzərdə tutulan konsertə bilet tələbatını olduğunu söyləyən müğənni, daha bir gün-dekabrın 2-si də tamaşaçıların qarşısında çıxış edəcəyini bildirib.

AzNews.az-ın məlumatına görə, teleaparıcı Nanə Ağamalıyevanın təqdimatında yayımlanan "Gün keçir" verilişində Xəyyam Nisanov son qərarını verib. Müğənni açıqlayıb ki, dekabrın 2-si konsert proqramıyla çıxış etməyəcək. X.Nisanov bu riskə getmədiyini söyləyib: "Bundansa 1 il hazırlaşaram, tam yenilənmiş repertuarla, yeni proqramla çıxış edərəm. Həmkarlarım və mətbuat nümayəndələrinin bir çoxundan üzr istəyirəm. Çünki dəvətnamələri paylamaq imkanımız olmadı. Umidvaram ki, dekabrın 1-ə bilet alıb gələn tamaşaçılar mənim "hesabatımdan" razı qalarlar. Bu konsertə çox hazırlaşıram. Çox istəyirəm ki, hər şey gözəl olsun. Həmin gün həyatımda ən önəmli gün olacaq. Sevincimdən gözlərim dolur. Mən dinləyicilərimi çox sevirəm".

Fuad Mədətov
AzNews.az