Bakıda şok olay - Zirzəmidə basdırdığı 150 mini sevgilisi oğurladı
24 Avqust 2016 16:02 (UTC+04:00)
Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.
Məlumata görə, qəsəbənin Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda olduğu Füzuli rayon sakini 31 yaşlı Xəyyam Əbdülrəhimov evinin zirzəmisində basdırdığı 150 min manat pulunu oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Report.az