Nabran çimərliyində iki dost boğuldu - Yenilənib

24 Avqust 2016 22:30 (UTC+04:00)

Quba rayon sakinləri dənizdə çimərkən suda batıblar.

Onlardan birinin - Quba rayonunun Digahoba kənd sakini 1982-ci il təvəllüdlü Roman Abdul oğlu Nəcəfovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən çıxarılıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə yerləşdirilib.

Hazırda Ömərov Fərrux Elman oğlunun axtarışları davam etdirilir.

Report.az

17:18
***


Xəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində dənizdə batan ikinci şəxsin dә meyiti tapılıb.

1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlunun meyiti Fövqәladә Hallar Nazirliyinin әmәkdaşları tәrәfindәn tapılaraq aidiyyatı üzrә tәhvil verilib.

Qeyd edәk ki, Quba rayonu Digah kənd sakinləri, 1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulub.

Hər iki şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunmuşdu. Aparılan axtarışlar nəticəsində R. Nəcəfovun meyiti bu gün batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.


APA.az