Meşədə yanğının söndürülməsinə helikopter cəlb edildi

25 Avqust 2016 20:59 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, avqustun 23-də Oğuz rayonu, Xaçmaz kəndində dağlıq ərazidə meşə sahəsində baş vermiş yanğının söndürülməsi üçün əlavə olaraq nazirliyin Aviasiya Dəstəsinin iki helikopteri cəlb edilib.

Yanğının söndürülməsi işləri davam etdirilir.