ABŞ-ın iri neft emalı zavodunda - Partlayış

27 Avqust 2016 10:01 (UTC+04:00)

AzNews.az Los Angeles Times qəzetinə istinadən xəbər verir ki, insidentin baş verdiyi müəssisə Tesoro şirkətinə məxsusdur.

Yanğınsöndürmə xidmətindən verilən məlumata görə, neft məhsullarının saxlanıldığı çən partlayıb. Güclü partlayışdan sonra yanğın baş verib. Yanğın tez bir zamanda söndürülsə də, çəndən tüstü çıxmağa davam edib.

Hakimiyyət ehtiyat tədbiri kimi əhaliyə sığınacaq tapmağı tövsiyə edib və müvəqqəti olaraq bir neçə küçəni bağlayıb. Daha sonra küçələr nəqliyyatın hərəkəti üçün açılıb.

Hadisə zamanı ölən və yaralananların olması barədə məlumat yoxdur. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Aydan AXUNDOVA