Bərdədə azyaşlını maşın vurdu

28 Avqust 2016 19:59 (UTC+04:00)

Hadisə rayonun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən azyaşlını vurub.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.


Report.az