Ata öldü, qızı və arvadının vəziyyəti ağırdır
28 Noyabr 2012 11:52 (UTC+04:00)
Bu gün Neftçala rayonunda bir ailə qidadan zəhərlənib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Neftçala rayon sakini, 1963-cü il təvəllüdlü Quliyev Alim Əlabbas oğlu qidadan zəhərlənərək ölüb.
Onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Cəfərova Zinyət İsgəndər qızı, və qızı 1998-ci il təvəllüdlü Quliyeva Nigar isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğundan Bakıya Kliniki Tibbi Mərkəzə yola salınıblar.
İlkin məlumata görə, ailə üzvləri qidadan zəhərlənib.
AzNews.az