Azərbaycanda axtarışda olanların və itkin düşənlərin sayı - Açıqlandı

29 Avqust 2016 20:59 (UTC+04:00)

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ildə axtarışda olan cinayətkarların sayı 3451 nəfər olub. Onlardan 18-i cəzaçəkmə müəssisələrindən qaçıb. İstintaq, təhqiqat və məhkəmələrdən yayınaların sayı 3415 nəfər olub. Axtarışda olan cinəyatkarların 38-i 14-18 yaşadək uşaqlardır.

Dövlətin təhlükəsizliyi əleyhinə olan cinayətlərə yol verənlərdən 23 nəfəri də axtarışda olanlar arasındadır. Hərbi xidmətdən boyun qaçıranların 36-sı, hərbi xidmət əlehinə cinayət törədənlərin isə, 190 nəfəri axtarışdadır. Axtarışda olan şəxslər arasında isə ən çox dələduzlar (775 nəfər), və oğrulardır (332 nəfər).