ABŞ-ın proqram direktoru Qarabağa qanunsuz səfər etdi
28 Noyabr 2012 13:32 (UTC+04:00)
ABŞ-ın Harvard Universitetinin Qara dəniz regionu üzrə təhlükəsizlik proqramının direktoru Sergey Konoplyov Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.
AzNews.az-in məlumatına görə, səfər zamanı Sergey Konoplyov Dağlıq Qarabağda qondarma rejimin başçısı Bako Sahakyanla da görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər regional məsələlərlə bağlı müzakirələr aparılıb. Həmçinin, görüşdə ABŞ-ın Harvard Universiteti ilə qondarma rejimin qurduğu Qarabağ Təhsil və Araşdırma Mərkəzi arasında əlaqələrin qurulması məsələləri tövsiyə olunub.
Vasif Həsənli
AzNews.az