Sumqayıtda 3 otaqlı ev yandı
30 Avqust 2016 17:32 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 kv.m sahədə və dam örtüyü 9 kv.m (ümumi 21 kv.m) sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 15:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.