Sumqayıtda dəhşətli qəza - 4 nəfər öldü (Fotolar + Yenilənib)

30 Avqust 2016 23:59 (UTC+04:00)

Yol qəzası avqustun 30-da saat 22:20 radələrində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, "Volkswagen Passat" markalı "99-DZ-632" dövlət nömrə nişanlı avtomobil "Lada 110" markalı "60-BS-663" dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir. Hadisə yerində 3 təcili tibbi yardım briqadası gəlib.

Hadisəyə səbəb kimi "Volkswagen Passat"ın Qubadan Bakı istiqamətində hərəkət edən "Lada 110" markalı avtomobilin yoluna çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

23:43
***

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ağır vəziyyətdə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralılardan biri koma vəziyyətində, digəri isə ağır kəllə beyin travması və bədənin müxtəlif yerlərinin qapalı sınığı ilə şöbəyə qəbul edilib.

Yaralılar iki qardaş-Abşeron rayon Saray qəsəbəsi sakinləri Bayramov ElçinYusif oğlu Bayramov Əliyar Yusif oğludur.







Trend.az