Mədəsinə görə həkimə müraciət etdi - Uşaqlığını çıxardılar

31 Avqust 2016 12:54 (UTC+04:00)

Ağdam köçkünü Sevinc Mirzəyeva şikayətində bildirir: "Mən mədəmə görə 1 saylı şəhər xəstəxanasına müraciət etmişdim. Orada həkim Şaban Əhmədovun yanına ötürdülər ki, müayinə etsin. O da əlini qarnıma sürtüb dedi ki, "şişdir, get yaxınlqıdakı "Şəfqət"ə, bir azdan mən də gəlirəm. Səni orada ultrasəs müayinədən keçirəcəm. Bir azdan "Şəfqət" özəl klinik xəstəxanasında görüşdük. Mənə iynə vurdu. Dedi ki, guya vurduğu müayinənin nəticəsini düzgün göstərsin deyə, qarına su yığmaqdan ötrü dərmandır. İynədən sonra nə baş verib, xəbərim olmayıb. Bir də ayıldım ki, əl-qolum bağlı əməliyyat masasındayam. Sən demə, mənə narkoz vurub əməliyyat ediblər, sağlam vəziyyətdə olan uşaqlığımı çıxarıblar".

Azadliq.org