İki nəfəri ilan sancdı - Foto

31 Avqust 2016 16:25 (UTC+04:00)

AzNews.az Region TV-yə istinadən xəbər verir ki, o, Qax rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada R.İmamhüseynova lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.

Vəziyyətinin orta-stabil olduğu bildirilir.

Daha bir ilansancma hadisəsi isə dünən axşam saatlarında Balakən rayonun Hənifə kəndində qeydə alınıb. Kənd sakini, 25 yaşlı Dilbər Babayeva yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan onun sol ayağından sancıb. Xəstəxanaya çatdırılan D.Babayevaya zərdab vurulub, vəziyyəti orta-stabildir.