Türkiyədə hərbi konvoya hücum - Ölən və yaralanan var

31 Avqust 2016 20:41 (UTC+04:00)

İnsident Hakkari- Çukurca yolunun 20-cu kilometrliyində baş verib.

Məlumata görə, PKK terrorçuları əvvəlcədən basdırdıqları əldəqayırma partlayıcı qurğuları konvoy yoldan keçərkən işə salıblar. Partlayış nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

Ölən və yaralanan şəxs Hakkari Dövlət Xəstəxanasına aparılıblar.


APA.az