Braziliya prezidentinin impiçmenti təsdiqləndi

31 Avqust 2016 21:07 (UTC+04:00)

D.Rousseffin istefasının lehinə 61, əleyhinə isə 20 Senat üzvü səs verib.

Beləliklə, 2018-ci ilin sonunadək ölkəyə vitse-prezident Mişel Temer başçılıq edəcək.

Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri "Petrobras" Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Rousseff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.


APA.az