Atatürkün adına olan tapança Türkiyəyə buraxılmadı – FOTO
28 Noyabr 2012 17:45 (UTC+04:00)
Tanınmış türk iş adamı Bülent Türker ötən ilin sentyabrında İngiltərədə təşkil olunan hərracdan Argentina prezidenti Marcelo Torcuato de Alvear tərəfindən Mustafa Kamal Atatürkün adına hazırlanan və üzərində qızıl hərflərlə "General Mustafa Kamal" yazılan "Browning" markalı tapançanı 20 min sterlinqə alsa da, Türkiyəyə gətirə bilmir.
AzNews.az-in türk mətbuatına istinadən yaydığı məlumata görə, iş adamı Bülent Türker həmin silahı bürokratik səbəblərə görə Türkiyəyə keçirə bilmədiyini bəyan edib.
O deyib: "Bütün səylərimə baxmayaraq hələlik lazımı icazə və sənədləri ala bilməmişəm. Tapançanı Türkiyəyə gətirə bilsəm, onu bir neçə muzeylərdə sərgiləyəcəm. Mən bu tapançanı tezliklə Türkiyəyə gətirmək istəyirəm".
Vasif Həsənli
AzNews.az