Türkiyədə PKK ilə atışma davam edir - Ölən və yaralananlar var

1 Sentyabr 2016 17:25 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Siirtin Pervari rayonunda yol təhlükəsizliyini təmin edən əsgərlərə terrorçular tərəfindən atəş açılıb. Baş verən atışma zamanı 1 əsgər şəhid olub, 1 əsgər isə yaralanıb. Yaralı əsgər xəstəxanaya aparılıb. Hadisə yerindən qaçan terrorçuların tutulması üçün geniş miqyaslı əməliyyat başlayıb. Bölgəyə helikopterlər cəlb olunub.

Bundan əlavə, Vanın Çaldıran rayonunda PKK silahlılarına qarşı aparılan əməliyyat zamanı atışma yaşanıb. Nəticədə 1 qoruyucu şəhid olub, 3 qoruyucu isə yaralanıb. Yaralılar helikopterlərlə xəstəxanaya çatdırılıb. Ərazidə əməliyyat davam edir.

Aydan AXUNDOVA