İran səfirliyinin bayrağı cırıldı

29 Noyabr 2012 05:57 (UTC+04:00)


Almaniyanın paytaxtı Berlində 30-a yaxın şəxs İranın bu ölkədəki səfirliyinə hücum edərək səfirliyin binası üzərində asılan bayrağı cırıb. Həmçinin səfirlik binasına qırmızı rəng atılıb.

Berlin polisinin məlumatına görə, polis hadisəni törədən 30 nəfərdən 10-nu saxlayıb. Almaniyanın Xarici İşlər naziri baş verən hadisə ilə bağlı narahatlığını ifadə edən bəyanat yayıb.

Nazir Qido Vestervelle hadisədən təəssüfünü bildirərək İran səfirliyini qorumaq üçün bütün vasitələrdən istifadə ediləcəyini vurğulayıb.

Alpər Oğuz
AzNews.az