Türkiyə 4 şəhid verdi

2 Sentyabr 2016 10:56 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Hakkarinin Çukurca vilayətində PKK terrorçularına qarşı aparılan əməliyyat zamanı atışma baş verib. Nəticədə 1 əsgər şəhid olub, 6 əsgər isə yaralanıb. İlkin məlumatlara əsasən, helikopterlərin cəlb olunduğu əməliyyat əsnasında 20-dən çox PKK-lı terrorçu öldürülüb.

Vanın Çaldıran rayonunda yaşanan atışma zamanı isə 3 qoruyucu şəhid olub, 4 qoruyucu yaralanıb.

Bölgədəki əməliyyatlar davam edir.

Aydan AXUNDOVA