Yevlaxda 61 ədəd çətənə kolu aşkar edildi - Foto + Video
2 Sentyabr 2016 11:39 (UTC+04:00)
Narkotik tərkibli bitkilər rayonun Havarlı kənd sakini Elçin Fətulla oğlu Şərifzadənin həyətyanı sahəsində aşkar edilib.
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E.Şərifzadə saxlanılıb. Onun həyətinə baxış keçirən zaman məlum olub ki, həmin şəxs 61 ədəd çətənə kolunu xüsusi aqrotexniki qulluq etməklə yetişdirib.
Faktla bağlı araşdırmalara başlanılıb.