Polis 46 kafeni bağladı
29 Noyabr 2012 06:10 (UTC+04:00)
Güney Azərbaycanın Urmiya şəhərində 85 kafe və çay evindən 46-sı qapadılıb. Bu barədə məlumatı Qərbi Azərbaycan vilayətinin Polis İdarəsinin rəisi Xeybər Tiba verib.
Onun sözlərinə görə, bu addım təhlükəsizlik tədbirləri ilə bağlı olub: "Kafe və çay evlərinin 55-i icazəsiz çalışıb. 19-u isə ictimaiyyəti şikayətlərinə əsasən bağlanıb. Hazırda Urmiya şəhərində yalnız 11 kafe və çay evi hökumət tərəfindən icazə əsasında işləyir. Onlar barəsində isə hələlik heç bir qərar verilməyib".
Qeyd edək ki, müxtəlif şəhərlərdə çay evi və kafelərin bağlanması ilə bağlı obyekt sahibləri məhkəməyə müraciət etsələr də, şikayətləri təmin edilməyib.
Alpər Oğuz
AzNews.az