İslam Kərimov vəfat etdi
2 Sentyabr 2016 12:22 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Sözügedən agentlik məlumatı 3 diplomatik mənbədən əldə etdiyini vurğulayıb.
Qeyd edək ki, İ. Kərimov avqustun 27-də beyninə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilib. Bu gün isə Özbəkistan Nazirlər Kabinetinin rəsmi saytında İslam Kərimovun səhhətinin kəskin pisləşməsi ilə bağlı məlumat yerləşdirilib.
Yerli "Fərqanə" agentliyi isə Kərimovun avqustun 29-da vəfat etdiyini iddia edirdi. Sayt onun ölümünün bu gün elan ediləcəyini, sabah isə Səmərqənddə dəfn olunacağını yazmışdı.
Məlumat üçün bildirək ki, İslam Kərimov 1938-ci ilin yanvarın 30-da Səmərqənddə anadan olub. 1990-cı ildə Özbəkistanın ilk prezidenti seçilib.