Türkiyədə terrorçularla toqquşma - 6 əsgər şəhid oldu

2 Sentyabr 2016 23:43 (UTC+04:00)

Onlardan birinin leytenant, digərlərinin çavuş olduğu bildirilir.

Hazırda Van vilayətinin Çaldıran rayonunda Tendürek dağı bölgəsində qarşıdurmanın davam etdiyi bildirilir.

Mardin vilayətində isə terrorçularla silahlı toqquşmalarda 2 əsgər ölüb.

Vilayətin Dargeçit rayonunda terrorçuların təhlükəsizlik məntəqəsini atəşə tutmaları nəticəsində 3 əsgər, 3 kənd qoruyucusu və 1 mülki vətəndaş olan qadın yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan ikisi, əsgər və kənd qoruyucusu xəstəxanada vəfat ediblər.


APA.az