Prezident Zabit Səmədovla görüşdü, təbrik etdi - Foto + Video

3 Sentyabr 2016 09:59 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu barədə idmançı özünün feysbuk səhifəsində yazıb. Qroznıda Rusiya Federasiyasının Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində qalib gələrək dünya çempionu titulu qazanan "WBC Muaythai" versiyası üzrə dünya çempionu Zabit Səmədov görüşlə bağlı öz təəssüratlarını bölüşüb.

"Dostlar, bu gün vacib hadisə baş tutdu. Nəhayət ki, mən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Mən vətənpərvərəm, xalqıma, prezidentimizə, müdrik siyasətinə dərin hörmətlə yanaşıram. Gələcək döyüşlərdə də xalqımın və ölkəmin şərəfini qoruyacağam", - deyə Z. Səmədov qeyd edib.

Görüşdən çəkilmiş görüntüləri təqdim edirik: