Türkiyə iki gündə 19 şəhid verdi
3 Sentyabr 2016 18:34 (UTC+04:00)
Bu gün Hakkari rayonunun Şemdinli qəsəbəsində yol təhlükəsizliyini qoruyan əsgərlərlə PKK terrorçuları arasında baş verən atışmada 5 əsgər şəhid olub, 6 əsgər yaralanıb.
Terrorçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyat aparılır.
Qeyd edək ki, dünən və bu gün ümumilikdə Hakkari, Van və Mardində 19 hərbçi şəhid olub.
APA.az