Keçmiş həyat yoldaşını iş yerində bıçaqladı - Gəncədə

5 Sentyabr 2016 10:14 (UTC+04:00)

Hadisə şəhərin Cavadxan küçəsi, ev 41 ünvanında yerləşən "Sibirskoe Zdorovye" satış mərkəzində qeydə alınıb.

Obyektin işçisi, Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Tamella Həsənova bıçaqlanıb. Hadisə yerinə mühafizə polisinin əməkdaşları gəlib.

Tamella Həsənovanı bıçaqlayan keçmiş həyat yoldaşı, 1966-cı il təvəllüdlü Arif Həsənov mühafizə polisinin əməkdaşları tərəfindən yaxalanıb. Onun barəsində tədbir görülməsi üçün Nizami rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Teleqraf.com