4 biznesmen həbs edildi - Birinin uşaqlarının adı Fətullah və Gülən imiş
5 Sentyabr 2016 12:48 (UTC+04:00)
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, FETÖ-nün çevriliş cəhdiylə bağlı aparılan istintaq nəticəsində 5 biznesmen saxlanılıb. Saxlanılanların ev və iş yerlərində eyni zamanda təşkil edilən əməliyyatda kompüter, tablet, CD və bəzi sənədlər müsadirə edilib. Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul bələdiyyə məclis üzü E.O.-nun evində aparılan axtarış zamanı şifrəli 1 dollar tapılıb.
Polis bölməsindəki sənədləşmə işləri başa çatdıqdan sonra E. O., M.K., H.N. İ.G. həbs olunub, bir nəfər isə məhkəmə nəzarəti şərtiylə sərbəst buraxılıb.
Həbs olunan İ.G.-nin Fətullah və Gülən adlı 2 uşağı olduğu məlum olub.
Aydan AXUNDOVA