Türkmənistan prezidenti Ermənistana getdi

29 Noyabr 2012 08:46 (UTC+04:00)


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Ermənistana səfər edib. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, türkmən prezidentini erməni həmkarı Serj Sarkisyan qarşılayıb.

Verilən məlumata görə, Berdiməhəmmədov Parlamentin sədri Hovik Abrahamyan, Baş nazir Tiqran Sarkisyanla görüşəcək. Onun İrəvan Dövlət Universitetində tələblər önündə çıxış edəcəyi də gələn xəbərlər arasındadır.

Qeyd edək ki, Türkmənistan prezidenti sonuncu dəfə 2010-cu ildə Ermənistana səfər etmişdi.

Sadiq Musa
AzNews.az