İrəvanda Azərbaycan bayrağı dalğalandı - FOTO -VIDEO

29 Noyabr 2012 09:09 (UTC+04:00)
İrəvanda yenə Azərbaycan bayrağı dalğalanıb. AzNews.az xəbər verir ki, gənc boksçularımız bu gün Ermənistan paytaxtının Karen Dəmirçiyan adına İdman-Konsert Kompleksində start götürmüş dünya birinciliyinin açılışına milli atributumuzla çıxıblar. İştirakçı ölkələrinin bayraqlarının yer aldığı arenanın tavanında da dövlət bayrağımız asılıb.

68 seçmə komandadan 620 boksçunun mübarizə apardığı çempionatda rəqiblərimiz məlum olub. Nəsrəddin Məmmədov (56 kq) elə ilk görüşdə düşmən ölkənin idmançısı ilə qarşılaşacaq. Təmsilçimiz 1/32 finalda Taron Soqomonyanla döyüşəcək.

Qeyd edək ki, 2009-cu ildə İrəvanda keçirilmiş cüdoçuların Avrora birinciliyində 5 idmançı ilə təmsil olunun Azərbaycan uğur qazanmışdı. Təmsilçilərimizin arasında Elmar Qasımovun qələbəsi fərqlənmişdi. O, yarışda bütün rəqiblərini məğlub etməklə, düşmən ölkədə ölkə himninin səsləndirilməsinə nail olmuşdu.



Kamran Hacı
AzNews.az