Rusiyada axtarışda olan Azərbaycanlı tutuldu - FOTO

6 Sentyabr 2016 23:31 (UTC+04:00)

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional bürosunun mətbuat xidməti məlumat yayıb.

Seymur Fəttayev federal axtarışa 2013-cü ildə verilib. O, Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.
İstintaqın fərziyyəsinə görə, Azərbaycan vətəndaşı mütəşəkkil cinayətkar qrupun tərkibində xüsusi iri həcmdə narkotik maddənin - 3,475 kq. heroinin satışında iştirak edib.

Murmansk şəhəri Oktyabrsk rayon məhkəməsinin qərarı ilə Seymur Fəttayev barəsində həbs qətimkan tədbiri seçilib. Yaxın vaxtlarda onun cinayət işi çərçivəsində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi üçün Çita şəhərinə göndəriləcəyi gözlənilir.


Report.az