DİN kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı
29 Noyabr 2012 09:18 (UTC+04:00)
Daxili İşlər Nazirliyi Neftçalada baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı məlumat yayıb.
AzNews.az-ın Daxili İşlər Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, noyabrın 28-də Neftçala şəhər sakinləri Alim Quliyev, arvadı Zinət və qızı Nigar evlərində qidadan zəhərlənib. A.Quliyev evində ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az