Qarabağda daha bir erməni əsgər öldü

7 Sentyabr 2016 11:05 (UTC+04:00)

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hərbi hissələrindən birinin dayaq məntəqəsində 1997-ci il təvəllüdlü erməni əsgər Alikoviç Qandilyan ölüb. Məlumatda onun silahdan düzgün istifadə etməmə nəticəsində ölümcül güllə yarası aldığı qeyd olunur.

Faktla bağlı araşdırma başaldılıb.

Aydan AXUNDOVA