İdmançının olimpiya medalını oğurladılar - Foto
9 Sentyabr 2016 11:49 (UTC+04:00)
AzNews.az xəbər verir ki, hadisə iyunun 6-da axşam saatlarında baş verib. Qarətçilər olimpiya çempionunun avtomobilindən medalla birlikdə çantasını, telefonunu və planşetini də aparıblar. Şahidlərin dediklərinə görə, 3 qaradərili adam maşının şüşəsini sındıraraq bu işi törədiblər. Hadisə müşahidə kameralarına düşüb. Olayla bağlı idmançının həyat yoldaşı sosial şəbəkə vasitəsilə açıqlama verib. O bildirib ki, polisin vasitəsilə oğurlanan əşyalar geri qaytarılsa da, medaldan hələ ki, xəbər yoxdur.
Xatırladaq ki, Ceykobi qızıl medalı Barselona-1992-də avarçəkmə yarışlarında qazanıb.
Aygün