Putin və Medvedev uxaya qonaq oldu: “Bir dənə də balıq tikəsi yox idi” - Foto

11 Sentyabr 2016 00:20 (UTC+04:00)

Burada onlar balıqçılarla görüşüb. Məlumata görə, balıqçılar ölkənin rəsmilərini tonqal arxasında uxaya (balıq şorbası) qonaq ediblər.

"Mənim boşqabımda bir dənə də olsun balıq tikəsi yox idi", - deyə Medvedev zarafatyana gileyləndi. "Amma çox dadlı idi", - deyə baş nazir əlavə etdi.

Məlumata görə, balıqçılar dövlət rəsmilərini Novqoroda təkrar səfər etməyə dəvət edərək, gələn dəfə daha dadlı uxaya qonaq edəcəklərini vəd ediblər.



Lent.az