Türkiyədə güclü partlayış - 48 yaralı + Fotolar (Yenilənib)
12 Sentyabr 2016 14:15 (UTC+04:00)
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayış hakim Ədalət və İnkişaf Partiyasının qərargahı ilə Van Valiliyi arasındakı ərazidə törədilib. Hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir. Partlayış baş verən əraziyə təcili tibbi yardım maşınları cəlb olunub.

12:34
***
Türkiyədə baş verən partlayış barədə bir sıra təfərrüatlar məlum olub.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə PKK terror qüvvələri tərəfindən törədilib. Partlayış nəticəsində 27 nəfər yaralanıb. Onlardan 2-sinin vəziyyəti ağırdır.
13:58
***
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror nəticəsində yaralananların sayı 48-ə çatıb. Onlardan 2-si polisdir.