Bakıda “Porsche” yandı
13 Sentyabr 2016 10:21 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus "Porsche" markalı minik avtomobilinin arxa sol qapısı və təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.