Məmurun yeməyindən tüpürcək çıxdı
29 Noyabr 2012 19:52 (UTC+04:00)
Ukraynanın deputatı Valentin Matveyev xörəyində tüpürcək aşkar etdikdən sonra Ali Radanın yeməkxanasında işləyən Yuliya Borşenkonu işdən azad ediblər.
Sən demə yeməkxanada ofisian işləyən qadın ara-sıra menyuya tüpürcək də əlavə edirmiş. Etdiyi hərəkətinə görə sorğu-suala tutulan Yuliya Borşenko, "qəhrəman"lığını belə izah edib: "Siz elə bilirsiz ki, Ali Radanın yeməkxanasında bizə milyonlar ödəyirlər? Bu heç də belə deyil. Mənim maaşım cəmi 3200 qrivendir. Paytaxt üçün bu qəpik-quruşdu. Burada işlədiyim 4 il ərzində əsas məqsədim deputatlardan və bura gələn məmurlardan qisas almaq olub. Əgər kimsə fikirləşir ki, etdiyim hərəkətə görə peşimanam, çox yanılır. Bu, mənim siyasi mövqeyimdir".
AzNews.az-ın "Qazeta Kiyevskaya"ya istinadən verdiyi xəbərə görə, hərəkətinin rezonans doğurduğunu görən qadın bu haqda kitab yazmağı da qərara alıb.
İnci
AzNews.az