“Mi-8” qəzaya uğradı

30 Noyabr 2012 07:28 (UTC+04:00)

Qazaxıstanın Almatı vilayətində Mi-8 vertolyotu qəzaya uğrayıb, 8 nəfər həlak olub. AzNews.az-ın məlumatına görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, bir neçə gün əvvəl Almatı vilayətinin Koktuma-Dostık rayonundakı Jalanaşkol gölü yaxınlığında qəzaya uğramış vertolyot tapılıb, 8 nəfərin hamısı həlak olub.

Məlumatda deyilir ki, içərisində mütəxəssislər olan, "Avrasiya Air" aviaşirkətinə məxsus vertolyot Qazaxıstan-Çin neft kəmərinin üzərində tədqiqat işləri apararkən heyətlə rabitə kəsilib. Bir neçə saat sonra axtarış-xilasetmə tədbirləri başlanıb. Vertolyotun qəzaya uğraması ilə əlaqədar cinayət işi açılıb, istintaq aparılır.

AzNews.az