“Yəhudi dövləti”nin təqdimatı keçirildi

19 Sentyabr 2016 12:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, kitab Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi tərəfindən tərcümə edilib. "Yəhudi dövləti" İsrailin qurulmasından 52 il öncə qələmə alınıb. Sözügedən kitabda İsrail qurulandan sonra yəhudilən bu ölkəyə köçü, iqtisadiyyatın qurulması, ordu və polis sistemi, binaların tikintisi, dini məbədlərin tikintisi və sair məsələlərdən bəhs olunub.

Qeyd edək ki, Teodor Hertsl özü İsrailin qurulması üçün bir neçə dəfə Osmanlıya səfər edib, sultan II Əbdülhəmidlə görüşüb. Hertsl Fələstin torpaqlarını Osmanlıdan satın almağı və bunun qarşılığında Osmanlının bütün xarici borclarının bağlanmasını təklif etsə də sultan bununla razılaşmayıb.

Onu da xatırladaq ki, Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi və "Kitabıstan" yayınlarının ilk nəşri (Etatizm Akademiyası - 1) rus yazıçı Qriqoriy Petrovun Finlandiyadakı aydınlanma hərəkatı haqqında yazdığı "Bəyaz zanbaqlar ölkəsində" kitabı olub. Həmin kitabın da artıq üçüncü basqısı çapdan çıxıb və satışdadır.