Prezident təyyarəyə minərkən pisləşdi - Təcili yardım çağırıldı + Video
20 Sentyabr 2016 12:50 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, dövlət başçısının vəziyyəti Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sammitində iştirak etmək üçün Atatürk hava limanından təyyarəyə minərkən pisləşib. Vəziyyəti pisləşdiyindən aeroportun otelində 4 saat qalan prezident həkim müayinəsindən keçib.
Rəsmi açıqlamaya görə, Atambəyov bir müddət həkim nəzarətində qalacaq. Bu səbəbdən onun Nyu-York səfəri təxirə salınıb.
Dövlət başçısının təcili yardım maşınına aparılmasının görüntülərini təqdim edirik: