Türkiyədə 35 rəhbər şəxs saxlanıldı
20 Sentyabr 2016 12:57 (UTC+04:00)
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankara Polis İdarəsinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin FETÖ istintaqı çərçivəsində Ankaranın 13 rayonunda əməliyyat keçirilib.
Nəticədə aralarında regional müdirlər də olmaqla 35 nəfər saxlanılıb. Saxlanılanlar polis idarəsinə aparılıb.