Şostakoviçin yubileyində Qara Qarayev musiqisi

21 Sentyabr 2016 11:52 (UTC+04:00)

Diasporla İş üzrə Dövlət Komitəsindən AzNews.az-a verilən məlumata görə, E.İsmayılova böyük rus bəstəkarı Dmitri Şostakoviçin 110 illiyinə həsr olunmuş tədbirdə tamaşaçılar qarşısına çıxıb. Həmyerlimizin təşəbbüsü ilə proqramda Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına da xüsusi yer ayrılıb.

Öz çıxışında Köln Musiqi Akademiyasının dosenti Q.Qarayevin yaradıçılığı və onun "Şostakoviç məktəbi" ilə əlaqlələri haqqında məlumat verib, Q.Qarayevin bəstəkarlıq istedadının Şostakoviç tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Pianoçu Qara Qarayevin Azərbaycan musiqisində folklor ilə müasirlik simbiozundan danışaraq, onun məhz bu sahədə 20-ci əsrin musiqisinə verdiyi töhfənin əhəmiyyətini vurğulayıb.

Sonra Elnarə İsmailova Şostakoviçin əsərləri ilə yanaşı Qara Qarayevin "24 prelüd" əsərini ifa edib.